Get Adobe Flash player

Get Adobe Flash player

Azərbaycanın tarixi


Azərbaycan çoxəsrlik tarixi, mədəniyyəti, adət və ənənələri olan heyrətamiz bir ölkədir. Müasir azərbaycanlıların əcdadları müxtəlif sivilizasiyalara və mədəniyyətlərə mənsubluq elementlərini çox ahəngdar şəkildə özlərində cəmləşdirmişdir. Qədim dövrə aid bir sıra arxeoloji və memarlıq abidələri zamanın keşməkeşlərindən salamat çıxaraq zəmanəmizə qədər qalmışdır.

Xalqın mənəvi aləminin maddi təcəssümü olan qədim qaya təsvirləri, yazılar, manuskriptlər, xalça naxışları həssas qəlbli, mədəni şüura, elm adamlarına, insanlara çox şeydən xəbər verir. Azərbaycanın çox qədim mədəniyyətə malik bir ölkə olması barədə dərin təəssürat yazılı və şifahi tarixin çoxsaylı faktlarına söykənir. Uzaq keçmişdə Azərbaycana köçüb gəlmiş Oğuz tayfaları burada zəngin yerli mədəniyyətlə qarşılaşmışlar. Bu görüş əsrlər boyu mədəniyyətlərin sintezinə səbəb olmuş, “Kitabi-Dədə-Qorqud”, “Oğuznamə”, “Koroğlu” kimi epik-monumental yaradıcılıq nümunələrində əks olunmuşdur.

Dövlət rəmzləri


Maddə 23. Azərbaycan dövlətinin rəmzləri
(Konstitusiya maddəsi)

I. Azərbaycan Respublikasının dövlət rəmzləri Azərbaycan Respublikasının Dövlət bayrağı, Azərbaycan Respublikasının Dövlət gerbi və Azərbaycan Respublikasının Dövlət himnidir.

II. Azərbaycan Respublikasının Dövlət bayrağı bərabər enli üç üfqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir və qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir.

Bayramlar


Azərbaycan Respublikasının bayram günlərinə aşağıdakılar aiddir:

Yeni il bayramı (1 və 2 yanvar);

Qadınlar günü (8 mart);

Faşizm üzərində qələbə günü (9 may);

Respublika günü (28 may);

Azərbaycan xalqının milli qurtuluş günü (15 iyun);

Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü (26 iyun);

Dövlət müstəqiliyi günü (18 oktyabr);

Azərbaycan Respublikasının Dövlət Bayrağı günü (9 noyabr);

Konstitusiya günü (12 noyabr);

Milli Dirçəliş günü (17 noyabr);

Dünya azərbaycanlılarının həmrəyliyi günü (31 dekabr);

Novruz bayramı – 5 gün;

Qurban bayramı – 2 gün.

Ramazan bayramı – 2 gün.

2. Yeni il bayramı, Qadınlar günü, Faşizm üzərində qələbə günü, Azərbaycan xalqının milli qurtuluş günü, Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü, Azərbaycan Respublikası Dövlət Bayrağı günü, Dünya azərbaycanlılarının həmrəyliyi günü, Novruz bayramı, Qurban bayramı və Ramazan bayramı iş günü hesab edilmir.

3. İş günləri hesab edilməyən bayram günlərində işçilərin işə cəlb olunmasına yalnız bu Məcəllədə nəzərdə tutulmuş müstəsna hallarda yol verilə bilər.

4. Novruz bayramı, Qurban bayramı və Ramazan bayramının keçiriləcəyi günlər növbəti il üçün dekabr ayının sonunadək müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilib əhaliyə elan olunur.

5. Həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı növbəti iş gününə keçirilir.

6. Qurban bayramı və Ramazan bayramları iş günü hesab olunmayan başqa bayram günü ilə üst-üstə düşdükdə növbəti iş günü istirahət günü hesab edilir.

7. Bayram və həftələrarası istirahət günləri biri digərindən əvvəl və ya sonra gələrsə, iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının qərarı ilə bu iş və ya istirahət günlərinin yeri dəyişdirilə bilər.

Şəkillər və Videolar